Neft Fondu sabah da 200 mln. dollar satacaq

Neft Fondu sabah da 200 mln. dollar satacaq

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ildə mütəşəkkil banklararası bazarda xarici valyuta satışını davam etdirir.

Aktual.az Fonda istinadən xəbər verir ki, sabah Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək. Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacaq. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Qeyd edək ki, dünən ARDNF cari ildə mütəşəkkil banklararası bazarda xarici valyuta satışını bərpa edib.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR