Nazirlik rəisi 6 min cərimələdi - Ağacları kəsdiyinə görə

Nazirlik rəisi 6 min cərimələdi  - Ağacları kəsdiyinə görə

Fevralın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar Xətt”inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. 

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı sözügedən ünvanda 3 ədəd şam ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon Yaşıllaşdırma Sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq Binəqədi rayon Yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli şəxs qismində 6 000 manat məbləğində cərimə edilib. 

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR