Nazirlik müəllimlərin ödənişli hazırlığa cəlbi ilə bağlı məlumatlara aydınlıq gətirdi

Nazirlik müəllimlərin ödənişli hazırlığa cəlbi ilə bağlı məlumatlara aydınlıq gətirdi

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlərin müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunması ilə bağlı məlumatlar verirlər.
O, bu məlumatların heç bir əsasının olmadığını söyləyib.

C.Valehov bildirib ki, hazırda dövlət sifarişi əsasında regionlarda 8 fənnin (Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya, informatika) məzmunu üzrə 120 akademik saatlıq ixtisasartırma təlimlərinə start verilib: "Təlimlər dekabr ayınadək davam edəcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu bu prosesin monitorinqini və yekun qiymətləndirməsini təşkil edən qurum kimi fəaliyyət göstərir. Hazırda TİPİİ-də ödənişli əsaslarla təqdim edilən proqramların isə bu işə heç bir aidiyyəti yoxdur. Ödənişli təlimlərə müəllimlər könüllü qoşulurlar. Məsələn, "Həyat bilgisinin tədrisi metodikası" proqramı müəllimlərin çoxsaylı müraciətlərinə əsasən hazırlanıb və uğurla həyata keçirilir".

Aktual.az
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR