Nazirlik 31 nəfəri axtarışa verdi

Nazirlik 31 nəfəri axtarışa verdi

2015-ci ilin 9 ayı ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 1621 sayda cinayət işi başlanılıb.

Nazirlikdən bildirilib ki, hesabat dövründə 44 milyon 262, 8 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

“Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 31 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 257 şəxsin məcburi qaydada gətirilməsi, 366 şəxsin tapılaraq istintaqa gəlmələri, 315 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunub” - deyə, nazirlikdən qeyd edilib.\ölkə.az

Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR