Nazirin qardaşı məhkəməyə gətiriləcək - Cinayət işi

Nazirin qardaşı məhkəməyə gətiriləcək - Cinayət işi

Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Şəkər Məmmədova bildirib ki, zərərçəkmiş Əlikram Camalov prosesə gəlməyib, məhkəmədə onu nümayəndəsi İmaməli Əsgərov təmsil edəcək.
Samir Nəbiyevin vəkili Ceyhun Yusifov etiraz edərək, Ə.Camalovun özünün prosesdə iştirak etməsinin təmin edilməsi barədə vəsatət verib.
C.Yusifovun vəsatəti təmin edilib. Hakim bildirib ki, növbəti iclasda Ə.Camalovun məhkəmədə iştirak edərək ifadə verməsi təmin ediləcək.
Məhkəmə istintaqı açıq elan edilib.
Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
Təqsirləndirilən S.Nəbiyev özünü təqsirli bilmədiyini bildirib.
Prokuror vəsatət verərək ilk olaraq təqsirləndirilən şəxsin ifadəsindən başlanmasını istəyib.
Vəkil Ceyhun Yusifov buna etirazını bildirirək qeyd edib ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmədiyi üçün ilk olaraq zərərçəkənlər dindirilməlidir.
Hakim isə bununla razılaşmayıb və ifadə verməyi təklif edib. S.Nəbiyev ifadə verməkdən imtina edib.
Proses iyunun 23-ə təyin edilib.
Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən "Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.
S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb.
S.Nəbiyevə Cinayət Məcəlləsin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ikə ittiham verilib.
 
Aktual.az
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR