Nazirdən sürüşmə zonaları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Nazirdən sürüşmə zonaları ilə bağlı əhaliyə   XƏBƏRDARLIQ

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə zonaları ilə bağlı çox iş görür”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir bildirib ki, nazirliyin vəzifəsi belə əraziləri öyrənmək, vaxtaşırı dövlət orqanları və tikinti işlərinə nəzarət edən qurumları məlumatlandırmaqdır: “Bunun üçün nazirlik tərəfindən atlas da hazırlanaraq nəşr olunub, xəritələr hazırlanıb. Həmin xəritələr müvafiq icra hakimiyyəti başçılarına da göndərilir ki, onların məlumatları olsun. Lakin bu məsələ nəzərə alınmayanda biz fəsadlarla qarşılaşırıq”.

Nazir qeyd edib ki, sürüşmələrin bir hissəsi təbii zonalardır. Həmin ərazilərdə tikinti aparmaq məqsədəuyğun deyil: “İkinci hissə isə insan fəaliyyəti nəticəsində olur. Bununla bağlı verilən tövsiyələrə əməl etmək lazımdır”.

Xəbər 643 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR