Nazir: Satışda olan dərmanların 25 faizinin qiyməti tənzimlənib

Nazir: Satışda olan dərmanların 25 faizinin qiyməti tənzimlənib

“Ötən müddət ərzində 2200-ə yaxın dərmanın qiyməti tənzimlənib. Bu dərmanların 53 faizinin qiyməti 2 dəfə, 28 faizinin qiyməti isə 3 dəfədən çox azaldılıb”.
Bunu bu gün iqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev Milli Məclisdə 2016-cı il üçün büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib.

Qiymətləri tənzimlənmiş dərman vasitələrinin 98 faizinin qiymətinin endirildiyini qeyd edən nazir deyib ki, hazırda satışda olan dərman vasitələrinin 25 faizinin qiyməti tənzimlənib: “Bu məsələ dövlət başçısının diqqət mərkəzindədir, dərmanların qiymətinin tənzimlənməsi prosesi davam edəcək”.\apa

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR