Nazir: "Neftin qiyməti daha da bahalaşa bilər, əgər..."

Nazir:

OPEC-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu.

Aktual.az  xəbər verir ki, bunu Trend-ə energetika naziri Natiq Əliyev deyib.

Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq:

"Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın".

N.Əliyevin fikrincə, bu il dünya bazarlarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq:

"Bu il dünya iqtisadiyyatında böyük sıçrayıs olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər".
 
Aktual.az 
Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR