Nazir müavini: Müəllimlərin maaşlarında artımlar olacaq

Nazir müavini: Müəllimlərin  maaşlarında  artımlar olacaq

"Oktyabrın sonunda Bakıda müəllimlərin bilik və bacarıqlarının sınaq qiymətləndirilməsi üzrə nəticələr noyabr ayı ərzində rəsmiləşdiriləcək. Bundan sonra isə onların əmək haqlarının artımı həyata keçiriləcək".

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

Nazir müavininin sözlərinə görə, yanvar ayın qədər həmin müəllimlər əmək haqlarını artımla ala biləcəklər.

C.Bayramov qeyd edib ki, Azərbaycanın daha 3 şəhər və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq. Yanvar ayından həmin qiymətləndirmədən keçən müəllimlərin əmək haqları artırılacaq. Bu növbəti ilin büdcə paketində də nəzərdə tutulub: "Düşünürük ki, müəllimlərin əmək haqlarının artımı Bakı şəhərində daha öncə olacaq. 12 rayon və şəhərdə diaqnostik qiymətləndirmə yanvaradək həyata keçirilək. 2016-cı il yanvarın 1-dən həmin yerlərdə əmək haqlarının artımının tətbiqinə başlanacaq".

Qeyd edək ki, Bakı şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən 2204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib.

Ümumilikdə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib. Qaydalarla müəyyənləşdirilmiş minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb.

Beləliklə, bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub.

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR