Nazir: İşğal altındakı torpaqlarımıza turist axını olması qeyri-mümkündür

Nazir: İşğal altındakı torpaqlarımıza turist axını olması qeyri-mümkündür

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ermənilərin Dağlıq Qarabağda hotellər tikməsinə, işğal olunmuş ərazilərdəki azərbaycanlılara məxsus evlərin təmir olunaraq, hostel kimi istifadəyə verilməsinə münasibət bildirib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayev deyib ki, Ümumdünya Turizm Təşkilatı bununla bağlı açıqlama verib, bu halı pisləyib: "Təşkilatın xüsusi qərarı var ki, işğal altında olan təhlükəli ərazilərdə turizm təbliğatı və təşkili məqsədəuyğun deyil. Bu, beynəlxalq təşkilatın qərarıdır və bütün dünya ölkələrinə göndərilir. Qərara əməl edənlər var. Qonşularımız isə bu qərara məhəl qoymur, öz işlərindədir”.

Ə. Qarayev əlavə edib ki, qəbul olunan qərarlara dəfələrlə hörmətsizlik etmək onların siyasətidir, buna təəccüblənmək lazım deyil: "İnanmıram ki, işğal altındakı torpaqlarımıza turist axını olsun. Bu, qeyri-mümkündür. Yəqin ki, diaspor təşkilatlarının və kimlərinsə imkanları hesabına bəziləri oralara gedə bilər. Bildiyiniz kimi, həmin ərazilərə səfər edənlər də Azərbaycana gəlmək imkanından məhrum olurlar. Ona görə də beynəlxalq qurumlar və qanunlar Azərbaycanın mövqeyini dəstəkləməkdədir”.
 

Aktual.az 

Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR