Nazir: ""Cənub qaz dəhlizi" layihəsi Avropa üçün yeni enerji mənbəyi olacaq"

Nazir:

""Cənub qaz dəhlizi" layihəsi Avropa üçün yeni enerji mənbəyi olacaq".

Aktual.az Trend-ə itsinadən bildirir ki, bunu energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində bu gün "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda keçirilən paneldə deyib.

N.Əliyev bildirib ki, Avropanın enerji təhlükəsizliyi vacib məsələdir: "Nabucco layihəsi iflasa uğradı, ona görə də Avropa Xəzər regionunu Avropaya enerji resursları çatdıracaq bir mənbə kimi gördü".

N.Əliyev bildirib ki, Xəzər regionunda, o cümlədən Azərbaycanda böyük qaz ehtiyatları var: "Azərbaycanın 2,5 trilyon kubmetr qaz ehtiyatları var. Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu nəhəng layihədir. Bu layihə ilə bağlı indiyə qədər Xəzər regionunda istifadə edilməyən texnologiyalardan istifadə ediləcək. Meşələrdən, mürəkkəb ərazilərdən keçəcək kəmər çəkiləcək. Bu kəmər Gürcüstan, Türkiyə, Albaniya və digər ölkələrdən, dağlıq ərazilərdən və dənizdən keçəcək, sonda İtaliyaya çatacaq. Bu, Avropa üçün yeni mənbə olacaq, ona görə də Avropa üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi gələcəkdə Türkmənistan, İran və İraq qazını da Avropaya çatdıra bilər. Ona görə də bu, çox mühüm layihədir".

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR