Nazir: "Azərbaycanda müəllim olmaq istəyənlərin sayı artır"

Nazir:

"Azərbaycanda müəllim olmaq istəyən gənclərin sayı artır. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən, test imtahanlarında iştirak edənlərin sayı isə 46 mindən çoxdur".
 
Aktual.az
-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, təhsil sistemində hər il orta hesabla 3-5% yenilənməyə nail olunur: "İlk baxışda bu rəqəm böyük görünməyə bilər. Lakin mən inanıram ki, öz savad və bacarıqlarına güvənən, müsabiqələrdən yüksək nəticələr göstərən müəllimlər məktəblərə yeni nəfəs gətirəcəklər".
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR