Nazir: Azərbaycan özünü düyü ilə tam təmin edə bilər

Nazir: Azərbaycan özünü düyü ilə tam təmin edə bilər

2025-ci ilədək Azərbaycan özünü düyü ilə tam təmin edə bilər.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin kollegiyasının geniş iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, hazırda Azərbaycanın düyüyə illik tələbatı 40 min ton təşkil edir:
"Ötən il biz düyü idxalı üçün 36 milyon dollar xərcləmişik".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "Çəltikçiliyin inkişafına dair 2018-2025-illər üçün Dövlət proqramı"na əsasən ölkədə düyü yığımını ildə 40 min tona çatdırmaq planlaşdırılır.
Xəbər 746 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR