Nazim məhkəmənin qərarına etiraz etdi

Nazim məhkəmənin qərarına etiraz etdi

Xəbər verdiyimiz kimi, "Faytonçu Nazim" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin "Elmed" klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb.


Aktual.az axşam.az-a istinadən xəbər verir ki, hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə sənətçinin iddiası təmin edilməyib.

Məsələ ilə bağlı əməkdaşımıza açıqlama verən Nazim qərarla razılaşmayacağını deyib. O, hər şeyin ortada olduğunu, məhkəmənin ədalətsiz qərar verdiyini söyləyib:

"Bir məhkəmə ilə iş bitmir. İş hələ şəhər məhkəməsinə gəlməyib. Bundan sonra Apellyasiya məhkəməsinə müraciət edəcəm. Mənim nəyisə sübut etməyə ehtiyacım yoxdur. Hər şey göz qabağındadır. Daha məhkəməyə nə sübut təqdim edim ki?". 

Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim" həkimin ciddi cəzalandırılmasını istəyib. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Binəqədi rayon prokurorluğuna müraciət edib.

Həkim E.Əzimov da "Faytonçu Nazim"in iddialarını rədd edir.

 
Aktual.az
Xəbər 787 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR