NATO tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırır

NATO tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırır

"NATO Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırmaqda davam edir".

Aktual.az xəbər verir ki, bunu Trend-ə Alyansın mətbuat xidmətinin nümayəndəsi NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın regiona səfərini şərh edərkən deyib.

C.Appaturayın Ermənistana son səfrini şərh edən Alyansın mətbuat xidmətinin nümayəndəsi deyib: "NATO Minsk qrupunun bu istiqamətdə səylərini bütünlüklə dəstəkləyir".

Onun sözlərinə görə, səfərin məqsədi Fərdi tərəfdaşlıq planı əsasında NATO və Ermənistan arasında əməkdaşlığın müzakirə edilməsi olub.
 
Aktual.az
Xəbər 221 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR