NATO rəsmisi Bakıda Rusiyanı ittiham etdi

NATO rəsmisi Bakıda Rusiyanı ittiham etdi

“Türkiyə hava məkanını pozmaqdan çəkinməlidir”.

Baş katib Türkiyə və Rusiyanı vəziyyəti gərginləşdirməməyə və məsələni həll etməyə çağırıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib ki, gərginliyə səbəb Türkiyə hava məkanının bir dəfədən artıq olmaqla, pozulmasıdır:

“Dəfələrlə edilən çağırışlara baxmayaraq, Rusiya hərbi hava qüvvələri buna yol verib. Bu da məlum insidentlə nəticələnib. Türkiyə və NATO rəsmilərinin açıqlamalarını bir daha təkrarlayıram ki, Rusiya Türkiyə hava məkanını pozmaqdan çəkinməlidir.

Baş katib və bütün alyans üzvləri risklərin qarşısını almaq və şəffaflıq üçün irəliləyiş əldə etmək fikrinə sadiqdirlər. Orada hərbi aktivlik var. Rusiya bunların böyük əksəriyyətinə görə məsuliyyət daşıyır.

Baş katib dəfələrlə şəffaflığı artırmaq və riskləri azaltmaq üçün istənilən növ danışıqlara hazır olduğunu bildirib. Bu günə kimə irəliləyiş görməmişik”.

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR