NATO PA-nın komitə iclasları başlayır

NATO PA-nın komitə iclasları başlayır

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə NATO Parlament Assambleyasının (PA) 63-cü növbəti illik sessiyasının komitə iclasları keçiriləcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, iki gün davam edəcək iclaslarda Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrində Qara dənizdə Siyasi və Təhlükəsizlik İnkişafları, Suriya və İraqda müharibələr və humanitar aspektləri, Ballistik raketdən müadfiə və NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq.
Oktyabrın 9-da isə sessiyanın plenar iclası keçiriləcək. İclasa NATO baş katibi Yens Stoltenberq və Rumıniya prezidenti Klaus Yohannis də qatılacaq. 
Sonda plenar iclasının yekun qətnaməsi qəbul olunacaq.
Qeyd edək ki, NATO PA-nın 63-cü illik iclasında Azərbaycanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov təmsil edəcək.
 
Aktual.az
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR