NATO Əfqanıstanda missiyasının sayını artırır - 16 min nəfərədək

NATO Əfqanıstanda missiyasının sayını artırır - 16 min nəfərədək
  • DÜNYA

NATO 2018-ci ildə Əfqanıstanda qeyri-hərbi missiyasının sayını 13 mindən 16 min nəfərədək artıracaq.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin 8-9 noyabr görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Alyans baş katibinin sözlərinə görə, hazırda Əfqanıstanda missiya təxminən 13 min nəfər təşkil edir: "Lakin biz bu rəqəmi 16 minə çatdırmaq istəyirik. Biz ümid edirik ki, bu qüvvələrin yarısını ABŞ təqdim edəcəck, yerdə qalan hissəni isə NATO üzrə müttəfiqlər təmin edəcək".
Y.Stoltenberq həmçinin əlavə edib ki, NATO-dakı amerikalı müttəfiqlər əfqan ordusunun maliyyələşdirilməsi üçün 1 milyard dollar ayırmalıdır.
 

Aktual.az 

Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR