NATO baş katibi Türkiyədən üzr istəyib

NATO baş katibi Türkiyədən üzr istəyib
  • DÜNYA

NATO baş katibi Yens Stoltenberqi Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsinə ilə bağlı Türkiyədən üzr istəyib. 
 
APA-nın xəbərinə görə, NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.
 
Qeyd edək ki, NATO-nun yaydığı üzrxahlıq açıqlamasında Ərdoğanın fotosunu seçən hərbçinin ordu sıralarından xaric olunduğu bildirilib. Həmin hərbçinin Norveç Ordusunda xidmət edən türk əsilli zabit olduğu müəyyənləşib. Onun sosial şəbəkələrdə Ərdoğanın adına saxta hesab açdığı da üzə çıxıb. 
 
Qeyd olunub ki, təlimdə Atatürkün fotosunu texnik seçib. Həmin şəxs də vəzifəsindən uzaqlaşdırılıb. 
 
Aktual.az
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR