NASA ilə işləyən şirkətin sahibindən şok iddia — "Yadplanetlilər aramızdadır"

NASA ilə işləyən şirkətin sahibindən şok iddia —

NASA ilə əməkdaşlıq edən şirkətin qurucusu Robert Biqelo açıqlama verib.

"Ölkə.Az" xəbər verir ki, Robert yadplanetlilərin aramızda olduğunu iddia edib. "Bigelow Aerospace" şirkətinin qurucusu deyib: "Dünyadan kənarda sivilizasiyaları tapmaq üçün milyonlarla dollar xərclədim. Əslində yadplanetlilər burnumuzun dibindədir".

Dünya üzərində UNO-ların mövcud olduğunu hamının bildiyini deyən Biqelonun iddiaları geniş müzakirələrə səbəb olub. Biqelo yadplanetlilərin aramızda olduğundan dəqiq əmin olduğunu ifadə edib.

Aparıcının bu iddiaların riskli olduğunu, insanların onu dəli olduğunu düşünəcəyi sualına isə şirkət sahibi "Vecimə də deyil. Bunlarla maraqlanmıram"-deyə cavab verib.
 
Aktual.az
Xəbər 1086 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR