Narkotik maddədən ətir hazırlandı

Narkotik maddədən ətir hazırlandı

İlk dəfə 2004-cü ildə Endrü Qets və Mettü Mallin tərəfindən bazara çıxarılan məşhur (Malin + Goetz) brendi yeni ətir kolleksiyası ilə dünya mediasını bir-birinə qatıb.

Publika.az xəbər verir ki, hazırlanan tualet suyundan olan ətirlərin tərkibində 15%-dən daha az yağ olduğu üçün onların qoxusu 3 saatdan artıq qalmır. Məhz bu səbəbdən ətriyyat-kosmetik markası Cannabis ("Marixuana") adı altında kişi və qadınlar üçün yeni tualet suyu kolleksiyası hazırlayıb. Ətirləri fərqləndirən isə tərkibinə qatılan qeyri-adi maddələrdir.
Ətirin kompozisiyasına marixuana və digər narkotik maddələrin qarışığı, berqamot akkordları, qara istiot, maqnoliya, səndəl və sidr yarpaqları, müxtəlif gül ləçəkləri daxildir. Ətirin tərkibindəki qadağan edilmiş maddən yağların tərkibinə qatılıb. Bundan başqa kolleksiyaya ev üçün spreylər, qabyuyan vasitələr, kişi və qadınlar üçün bədən geli də daxil olunub.
Ətirin 100 ml flakonu 165 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb.
 
Aktual.az
Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR