“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi

“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi

"Nar" abunəçiləri arasında keçirilən "SMS fortuna" lotereyasının 10 qalibinə pul mükafatı və "Nar"-dan xüsusi hədiyyələr təqdim edilib

"SMS fortuna" lotereyasının həftəlik qalibləri 350 AZN, aylıq qaliblər isə 3500 AZN-ə sahib olublar. Qaliblər həftə ərzində SMS göndərən "Nar" abunəçiləri arasından təsadüfi qaydada seçilib. Göndərilən 5 SMS 1 biletə bərabər sayılır və həmin həftə ərzində keçirilən lotereyada qalib gəlmək şansı yaradır.

Ay ərzində göndərilən SMS-lər "Nar" abunəçilərinə həm də aylıq pul mükafatına sahib olmaq şansı verir. Beləliklə, hətta bonus SMS-lərdən istifadə edən "Nar" abunəçiləri göndərdikləri hər 5 SMS-lə həftəlik və aylıq lotereyada iştirak edərək pul mükafatı qazanmaq şansına sahibdirlər.

Qeyd edək ki, "SMS fortuna" lotereyası 27 avqust tarixinədək davam edəcək. Lotereyaya qoşulmaq üçün *217#YES şifrəsini yığmaq kifayətdir. "SMS fortuna" lotereyası haqqında tam məlumatı smsfortuna.narzone.az səhifəsinə daxil olaraq əldə etmək olar.
 
Aktual.az
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR