Namus üstündə üç uşaq anasını öldürən qardaş... - ŞİKAYƏT VERDİ - (EKSKLÜZİV FOTO)

Namus üstündə üç uşaq anasını öldürən qardaş... - ŞİKAYƏT VERDİ - (EKSKLÜZİV FOTO)

Bakı Аpellyasiya Məhkəməsində Elşad Davudovun (1977-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Aktual.az xəbər verir ki, ötən il aprelin 17-də Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün Elşad Davudov bacısı Turanə Davudovanı (1982-ci il təv.) yaşadığı evdə bıçaqlayıb. Daxil olan məlumat əsasında Nizami RPİ-nin əməkdaşları Naxçıvanski küçəsi, 2/55 ünvanında yerləşən mənzilə yollanıblar. Xəstəxanaya çatdırılan qadın orada kəskin qanitirmədən dünyasını dəyişib, Elşad Davudov həmin gün saxlanılıb və istintaqa tədim edilib. 

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən 34 yaşlı Davudova Turanənin həyat yoldaşı Taleh Rəhmanov həmin il yanvarın 28-də həyətdəki turniketdən özünü asaraq, intihar edib. Aydınlaşdırılıb ki, Rəhmanov mərc oyunlarına qurşanıb və "TopAz" oyunlarındakı hesablara görə kimlərəsə borcları yaranıb. Yoldaşının ölümündən sonra qadın üç övladı ilə birlikdə kirayədə yaşayıb.  

İş üzrə dindirilən Elşad Davudov bildirib ki, bacısını namus üstündə qətlə yetirib. Onun sözlərinə görə, mərhum üçüncü dəfə ərə getməklə doğmalarının qəzəbinə səbəb olub, buna görə o Turanəni cəzalandırmaq qərarına gəlib. Ayın 17-də evinə gələrək dava-dalaş salıb və bacısının döş qəfəsi nahiyəsinə sarsıdıcı zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

İş üzrə baxış fevralın 2-nə təyin edilib.





 Aktual.az

Xəbər 2616 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR