Naibə Allahverdiyeva gənc həyat yoldaşından ayrılıb?

Naibə Allahverdiyeva gənc həyat yoldaşından ayrılıb?

Əməkdar artist Naibə Allahverdiyevanın gənc həyat yoldaşından ayrılma xəbəri yayılıb.

Aktual.az  axşam.az-a istinadən xəbər verir ki, aktrisa söz-söhbətə "Lider maqazin"ə açıqlamasında aydınlıq gətirib.

O bildirib ki, bunlar, sadəcə, onu sevməyənlərin yaydığı şayiələrdir:

"Ayrılmamışıq, bir yerdəyik. Xəstəxanada yatanda hər dəqiqə yanımda oldu. Anam dünyasını dəyişəndə kömək etdi. İkimiz də ortayaşlı adamlarıq. Amma nədənsə, tez-tez dalaşırıq. Qısqanclıq yoxdur, elə şərait də yaratmıram. Mən ruhən həmişə təkəm, arxamda insan olmayıb. Atasız olmuşam... Həyatda elə şeylər var ki, onları açıqlaya bilmirəm. 

Xoşbəxtlik nədir mən heç bilmirəm. Bircə qızım dünyaya gələndə xoşbəxtlik yaşadım. Bir də yoldaşımla tanış olduğum ilk günlər sevginin gözəl anlarında xoşbəxt idim. Bəlkə qızım ailə qura, nəvələrim doğula, onda xoşbəxt olaram".
 
Aktual.az
Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR