Naftalanda fəhlə iş zamanı öldü

Naftalanda fəhlə iş zamanı öldü

Naftalan şəhərində fəhlə iş zamanı ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdəki tikintilərin birində baş verib. 
Belə ki, orada işləyən 43 yaşlı fəhlənin halı qəfildən pisləşib və dünyasını dəyişib. 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşı və təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin müayinəsi zamanı fəhlənin infarkt keçirərək öldüyü məlum olub.
Mərhumun yaxınlarının dediyinə görə əvvəllər də onun səhhətində problemlər olub və xəstəxanaya müraciət edib. Həkimlər isə ona ağır işdən uzaqlaşmasını məsləhət görüblərmiş.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR