Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək

Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri gözlənilir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın "Report"a verdiyi məlumata görə, nazir dekabrın 1-də Bakıda keçiriləcək "Asiyanın qəlbi" - İstanbul prosesi təşəbbüsü çərçivəsində 7-ci nazirlər görüşündə iştirak etməyi planlaşdırır.
Bakıdakı nazirlər toplantısının əsas mövzusu "Asiyanın qəlbi" regionunda təhlükəsizlik və iqtisadi əlaqələr sahəsi olacaq.
Xatırladaq ki, Azərbaycan hazırda Əfqanıstanla birlikdə prosesə həmsədrlik edir. Nazirlərin görüşünə həmçinin təşəbbüsün iştirakçıları olan digər ölkələrdən yüksək səviyyəli qonaqlar, o cümlədən Əfqanıstanın prezidenti Məhəmməd Əşrəf Qəni gələcək.
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR