“Müxalifətin baykot qərarı onların fiaskosunun göstəricisidir” - DEPUTAT

“Müxalifətin baykot qərarı onların fiaskosunun göstəricisidir” - DEPUTAT

"Müxalifətin baykot qərarı xaricdən qrant aldıqları hansısa dairələrin sifarişidir. Seçkidə uduzacaqlarını, biabırçı məğlubiyyətlərini öncədən gördükləri və bildikləri üçün belə bir qərar veriblər. Fəqət, bu addımla heç nəyə nail ola bilməyəcəklər. Onlar tarixin arxivinə çoxdan gömülüblər və belə radikal populistləri  kimsə, heç bir qüvvə düşdükləri quyunun dibindən çıxara bilməyəcək".

Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev radikal müxalifətin qarşıdan gələn Prezident seçkiləri ilə bağlı verdikləri baykot qərarına münasibət bildirərkən söyləyib.

"Həmin qrup bir dəfə də belə qərar vermişdi. Nəticə oldu? Kiminsə diqqətini cəlb edə bildilər? Əlbət ki, xeyr. Elə indi də sadəcə öz "ağa”larından pul dartmağa çalışırlar. Vəssalam. Seçki arası dövrdə gedirlər qış yuxusuna, ayılandan sonra da ittiham eləmədikləri adam qalmır. Oysa, siyasətçi həmişə meydanda olmalıdırdaim aktivliyini qorumalıdır, oturub Əli Kərimli kimi seçki gününü gözləməməlidir ki, aranı qarışdıraraqbeş-üç manat pul qazanmaq eşqinə düşsün.

Baykot qərarı gücsüzlüyün, zəifliyin, özünə inamsızlığın təyinidir. Eyni zamanda bir siyasətçinin fiaskosudur. Kim bu fiaskonu, açıq məğlubiyyət etirafını qəbul edirsə, ona artıq deyiləcək söz yoxdur. Kef özlərnin, qərar özlərinin. Yəqin monitor arxasında arvad adı ilə profil yaradıb siyasi manipulyasiya etmək belələri üçün daha zövqverici  addım və təşəbbüsdür, nəinki seçkidə iştirak” – deyə millət vəkili fikirlərinə davam edib.

Xəbər 817 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR