Murad Dadaşov "Maşın"ın başlayacağı tarixi açıqladı

Murad Dadaşov

Əməkdar artist Murad Dadaşov "Maşın" şousunun başlayacağı tarixi açıqlayıb.


Aktual.az  axşam.az-a istinadən xəbər verir ki, o bildirib ki, şou mayın 28-də yayımlanacaq:

"İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Gözləmədiyim insanlar olacaq şouda. Çox maraqlı iştirakçılarımız var".

M.Dadaşov "Davam ya tamam" şousunun yayımının təxirə salındığını deyib:

"İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq".

Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:

"Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır".

 
Aktual.az 
Xəbər 888 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR