Müəllimlərin nəzərinə: İkinci mərhələ başlayır

Müəllimlərin nəzərinə:   İkinci mərhələ başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə elan edilən müsabiqənin ikinci mərhələsini keçirir.

Aktual.az faktxeber.com-a istinadən bildirir ki, müsabiqədə iştirak etmək istəyən 393 müəllim mayın 3-dən 10-dək miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib. Mayın 12-dən müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər.

Müsabiqənin elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıb.

Bu gün isə müsabiqənin test imtahanı mərhələsi keçirilir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında 3 (üç) mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə keçirir.

Xəbər 969 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR