Müəllimindən hamilə qalan qızın atası danışdı: “Dedilər arvadını boşayıb qızımı alacaq”

Müəllimindən hamilə qalan qızın atası danışdı:   “Dedilər arvadını boşayıb qızımı alacaq”

Şamaxıda müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq 7 aylıq hamilə olan qızın atası danışıb.

Aktual.az  ölkə.az-a istinadən yeddi aylıq hamilə olan şagirdin atası Nəsimi Əliyevin (ad şərtidir) müsahibəsini təqdim edir:

- Nəsimi bəy, məlum məsələ ilə bağlı haralara müraciət etmisiniz?

- Polis, prokurorluq, məhkəmə, Prezidentə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova, Respublika prokuroruna müraciət etmişəm.

- Sizin əsas tələbiniz nədir? Bu oğlanın həbs olunmağını istəyirsiniz, yoxsa qızınızla ailə qurmağını?

- Lazımi yerlərə sözümü demişəm. Ona ağır ciddi cəza verilməsə, özüm onu öldürəcəyəm.

- Qızınız indi haradadır?

- Bibisigildədir.

- Əvvəldən bu müəllimi tanımısınız?

- Hamı kimi mən də balamı məktəbə yollamışam.

- Orada göstərilir ki, yeddi aylıq hamilədir. Bu dövrə qədər siz bunu hiss etməmisiniz?

- Heç kim hiss etməyib. Kim istəyər ki, balası bu yola gəlib çıxsın.

- Amma hər halda yeddi aylıq hamiləliyi hiss etmək olardı. Bu qızdan savayı neçə övladınız var?

- Evdə xəstə anamdır, iki balaca övladım da var.

- Bu söhbətin üstü açılandan sonra qızınızı görmüsünüz?

- Anası görüb, mən yox. Anası dünən gəlib yanından.

- Oğlan desə ki, bu xanımla ailə qurmaq istəyirəm, bağışlayarsınızmı?

- Xeyr, o, mənim düşmənimdir. Onun atası və qohum-əqrəbası gəldi. Bizim başımızı yastığa qoydular ki, yoldaşını boşayıb, bu qızı alacaq. Mən də maraqlandım, arvadı da yanındadır, uşaqları da.

- Bu müəllimin neçə yaşı var?

- Otuzdan yuxarı olmalıdır.

- Şamaxıdandır, yoxsa, təyinatla gəlib?

- Qapı bir qonşumdur bu biqeyrət. Aramızda bir ev var. Çox pis ailədirlər.

- Atasıgil gəlmişdilər ki, guya qızınızla ailə quracaq?

- Yalandan gəlib ağlayıb, başımı yastığa qoyurdular. Amma yalan deyirmiş. Mən də nə zülmlə bala böyütmüşəm. İnsanın namusuna toxunmaq bilirsiniz də nə deməkdir?

- Aydın məsələdir. Ekspertiza rəy verib ki, qız bakirədir.

- Onu pulla elətdiriblər. Bu barədə də lazımi orqanlara şikayətimi vermişəm. 

Qeyd edək ki, bu haqda xəbəri ilk Aznews.az saytı yaymışdı. 

Xəbər 690 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR