Müəlliməni qətlə yetirən əri tutuldu

Müəlliməni qətlə yetirən əri tutuldu

Lənkəranda məktəb müəlliməsini qətlə yetirən əri saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gecə 49 yaşlı Əliyev Rüfət Akif oğlu şəhər ərazisində tutulub.

İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.
Qeyd edək ki, ötən gün rayonun Səpnəkəran kəndinin sakini, orta məktəbdə müəllimə işləyən, 48 yaşlı Əliyeva Maygül Daməd qızı əri, 49 yaşlı Əliyev Rüfət Akif oğlu tərəfindən qətlə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
 
Aktual.az
Xəbər 518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR