Lənkəranda müəllimə əri tərəfindən öldürüldü - YENİLƏNİB

Lənkəranda müəllimə əri tərəfindən öldürüldü - YENİLƏNİB

Lənkəranda müəllimənin qətli ilə bağlı bəzi detallar açıqlanıb.
 
APA-nın cənub bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Əliyev Rüfət Akif oğlu həyat yoldaşı Əliyeva Maygül Daməd qızını bellə vurub öldürdükdən sonra hadisə yerindən qaçıb.
 
Hazırda onun tapılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
***
Lənkəranda qətl hadisəsi törədilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.
Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdlü Əliyeva Maygül Daməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.
Faktla bağlı rayon prokrorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
 
Aktual.az
Xəbər 1782 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR