"Müdirəm" deyib qovdu, xəstə gedib evində öldü — TƏRTƏRDƏ ŞOK HADİSƏ - VİDEO


Tərtər rayonunda həkim xəstəni müayinə etməkdən imtina edib və xəstə evə gedən kimi dünyasını dəyişib.

"Ölkə.Az"-ın məlumatına görə, dünən Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova Sadiq adlı şəxs tərəfindən edilən müraciəti rədd edib. Bildirib ki, o, şöbə müdiridir və xəstə müayinə edə bilməz. Bundan sonra evə gedən xəstə ürək tutmasından keçinib.

Əldə etdiyimiz məlumata görə, hadisədən sonra xəstəxanada vəfat edən şəxsin qohumlarıyla G.Əhmədova arasında münaqişə yaranıb.

Xatırladaq ki, bu, ixtisasca kardioloq olan Gülarə Əhmədova ilə bağlı ilk belə hal deyil. Rayon icra başçısı Müstəqim Məmmədovun yaxın adamı kimi tanınan Əhmədovanın hətta baş həkim Yaşar Hüseynovu saymadığı barədə də mətbuatda məlumatlar yer alıb.

Sonda şöbə müdiriylə pasiyentlər arasında bir müddət öncə düşən davanın videosunu da təqdim edirik. Görüntülərdə bir kişi ondan hansısa sənəd üçün 20 manat tələb olunduğunu və bu səbəbdən "süründürüldüyünü" söyləyir.
 
Aktual.az
Xəbər 1219 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR