Müdafiə Nazirliyi komandirin işdən çıxarılmasına aydınlıq gətirdi

Müdafiə Nazirliyi komandirin işdən çıxarılmasına  aydınlıq gətirdi

Müdafiə Nazirliyi (MN) N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifəsindən azad edilməsi məsələsinə aydınlıq gətirib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, MN-in mətbuat xidmətindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifədən azad edilməsi barədə məlumat əsassızdır.

Nazirliyin məlumatında bildirilir ki, polkovnik-leytenant S.Hüseynovun xidmətində aparılan araşdırma nəticəsində cinayət əməli olmayan müəyyən çatışmazlıqlar aşkar edilib. O, xidməti zərurətlə əlaqədar bir hərbi hissədən digər hərbi hissəyə daha az həcmli iş olan bərabər vəzifəyə təyin edilib.

MN ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məqam - yaxın qohumların eyni qurumda çalışması məsələsinə də toxunaraq bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində yaxın qohumların təsnifi verilmişdir (maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar).

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR