Mübariz Qurbanlıdan ABŞ səfirinə - Etiraz

Mübariz Qurbanlıdan ABŞ səfirinə   - Etiraz

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, ABŞ səfiri Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib, dini radikalizmə və terrorizmə qarşı mübarizədə bütün ölkələrin səylərini birləşdirməsini zəruri sayıb.

M. Qurbanlı ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri, konqresmen Kris Smit tərəfindən irəli sürülmüş qanun layihəsi ilə bağlı fikirlərini ABŞ səfirinin diqqətinə çatdırıb. O, layihənin bütövlükdə qərəzli olduğunu və həqiqəti əks etdirmədiyini bildirib: “Bu tipli cəhdlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməklə yanaşı, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Çünki qanun layihəsi ABŞ-da fəaliyyət göstərən erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Azərbaycanda tarixən müsəlman, pravoslav, yəhudi və digər dini icmaların dinc, yanaşı şəkildə yaşamaları, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələri bütün dünyaya nümunədir. Qanun layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddiaların heç bir əsası yoxdur”.

M. Qurbanlı belə bir sənədin qəbul olunmasının Azərbaycanla ABŞ arasındakı strateji əməkdaşlıq münasibətlərinə ciddi ziyan vura biləcəyini səfirin diqqətinə çatdırıb və ümidvar olduğunu bildirib ki, Konqres bu sənədə səs verməyəcək.

R. Sekuta qəbula görə təşəkkür edib. 

Aktual.az

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR