Muğam ifaçısından nümunəvi addım - Konsert gəlirlərini xeyriyyəyə sərf edəcək

Muğam ifaçısından nümunəvi addım   - Konsert gəlirlərini xeyriyyəyə sərf edəcək

Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayeva 3 günlük konsert proqramından əldə olunan maddi vəsaiti xeyriyyə aksiyasına sərf edəcək. 

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə  sənətçinin mətbuat katibi Tahirə Məmmədqızı bildirib. Onun sözlərinə görə, müğənninin konserti tələbat nəzərə alınmaqla daha 1 gün uzadılıb:
“Elnarə xanımın səsinə təlabat olduğundan konsertin vaxtını daha bir gün uzatdıq. Martın 28-də də Elnarə xanım Heydər Əliyev Sarayının səhnəsində olacaq. Bütün biletlər satılıb”.

Sənətçinin nümayəndəsi bilirib ki, o, bir il bundan əvvəl də xeyriyyə işləri həyata keçirib: “Konsertlərdən sonra bu aksiya davam edəcək. Amma xeyriyyə işi kimi nələrə imza atacağımızı hələlik demək istəmirik”. 

Qeyd edək ki, E.Abdullayeva ötən il Heydər Əliyev Sarayında 3 günlük konsert proqramı ilə çıxış etmişdi. 

Xəbər 889 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR