MTRŞ: Efirdə ciddi narahatlıq doğuran hallar azalmaq üzrədir

MTRŞ: Efirdə ciddi narahatlıq doğuran hallar azalmaq üzrədir

“Verilişlərdə, bəzən seriallarda narahatlıq doğuran qeyri-etik ifadələr, qeyri-etik məzmunlu söhbətlər, səhnəciklər aradan qaldırılıb”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

MTRŞ rəsmisi bildirib ki, əvvəlki dövrlə müqayisədə ciddi narahatlıq doğuran hallar getdikcə azalmaq üzrədir: “Xırda-para nöqsanlar olur. O nöqsanlarla da bağlı yayımçılara şifahi şəkildə xəbərdarlıq edilir. Yayımçılar nöqsanların olduğu verilişlərin əsasən prodakşnlar tərəfindən hazırlanmasını əsas gətirirlər. Artıq yayımçılara prodakşnlara tövsiyələr vermək tapşırılıb ki, efir üçün hazırlanan materiallarda nöqsanlara yol verilməsin”.

Şöbə müdiri qeyd edib ki, monitorinqlər əvvəlki tempdə davam etdirilir: “Biz konkret verilişlə bağlı yox, ümumiyyətlə efirin tənzimlənməsi ilə bağlı işləri davam etdiririk”.

T. Dadaşov onu da qeyd edib ki, reklamla bağlı qanunvericiliyin tələblərinin pozulması halları da azalıb: “Müəyyən yayımçıların efirində reklamla bağlı nöqsanlar var. Onlar da qısa müddət ərzində bu nöqsanları aradan qaldıracaqlarına söz veriblər. Əvvəllər yayımçıların efirində sponsorların reklamı ilə bağlı çox ciddi nöqsanlar olurdu. Qanunvericiliyin tələbinə görə bir verilişdə sponsorun reklamı 2 dəqiqədən artıq gedə bilməz. Artıq yayımçılar qanunvericiliyin tələblərinə riayət etməyə başlayıblar”.

Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR