MTRŞ bir neçə telekanala lisenziya verdi

MTRŞ bir neçə telekanala lisenziya verdi

Milli Televiziya və Radio Şurası bəzi televiziyalara lisenziya verib.

MTRŞ-dan Aktual.az-a  verilən məlumata görə, bununla bağlı qərar qurumun bugünkü iclasında qəbul edilib.
İclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.
İclasda "Muz TV Azərbaycan” MMC-yə peyk yayımı üçün, "AZTELEKOM” MMC-yə, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, "CLİP TV” MMC-yə, "MetroNet” MMC-yə, "AzFiberNet” MMC-yə, "Rahat Telecom” MMC-yə, "FARAON – 1” MMC-yə, "Qafqaznet” MMC-yə, "Teleport” MMC-yə, "Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.
 
Aktual.az
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR