MTN polkovnikinin meyiti ailəsinə verildi: bu gün dəfn ediləcək

MTN polkovnikinin meyiti ailəsinə verildi:   bu gün dəfn ediləcək

Bu barədə onun yaxınları məlumat verib


Dünən Bakı İstintaq Təcridxanasında intihar edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror İdarəsinin rəis müavini, polkovnik İlqar Əliyevin meyiti ailəsinə təhvil verilib.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, İ.Əliyevin nəşi elə dünən gecə saatlarında ailəsinə verilib.

Yaxınlarının sözlərinə görə, o, bu gün doğulduğu Göyçay rayonuun Çərəcə kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

Penitensiar Xidmətin yaydığı məlumatda bildirilib ki, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR