MSK yekun nəticələri açıqladı – İlham Əliyev 86.03% səs toplayıb

MSK yekun nəticələri açıqladı – İlham Əliyev 86.03% səs toplayıb

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin növbəti ilkin nəticələri açıqlanıb.


"Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 641 seçki məntəqəsindən hamısı MSK-ya hesabat verib, 3 milyon 962 min 96 səsvermə bülleteni sayılıb.

O bildirib ki, indiki nəticəyə əsasən, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86.03% səs toplayıb.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.11%,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%,

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%,

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%,

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38%,

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%

"Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74%.

Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.

 
Aktual.az
Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR