Moskvada parad keçirilib – FOTOLAR

Moskvada parad keçirilib – FOTOLAR

Faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə Moskvanın Qızıl Meydanında Qələbə Paradı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paradda Rusiya prezidenti Vladimir Putin, İsrailin baş naziri Benyamin Netanyahu, Serbiya prezidenti Aleksandr Vuçiç, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.
12 min hərbçi, 120-yə yaxın döyüş texnikası, 72 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu qəbul edib. Müdafiə naziri prezidentə bütün növ qoşunların parada hazır olduğu barədə məruzə edib.
Rusiya prezidenti parad başlamazdan əvvəl çıxış edib. İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra parad başlayıb. Öncə hərbi məktəblərin kursantları, Hava və Quru Qoşunlarının, Dəniz Qüvvələrinin, Daxili Qoşunların əsgər və zabitləri tribuna qarşısından keçiblər. Ardınca Müdafiə Nazirliyinin Hərbi Universitetinin və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular nizami keçid edib.
Sonra meydana İkinci Dünya müharibəsinin simvollarından olan məşhur T-34 tankı daxil olub. Bunun ardınca Tiqr-M və Tayfun-A zirehli avtomobilləri, tank diviziyaları, motoatıcı briqada keçib. Sonda isə parada nüvə başlıqları daşıyan strateji raket qoşunları qatılıb. Paradda 135 yaxın döyüş texnikası – quru qoşunların "T-90″, "Armata” tankları, "Kurqanets-25″ BMP, "Rakuşka” zirehli transportyoru, "Kolasiya CV” özüyeriyen haubitsalar, piyadaların döyüş maşınları, operativ-taktiki "İsgəndər-M” raketləri, "Smerç” qurğuları, "Buk-M2″ hava hücumundan müdafiə sistemləri və dünyada analoqu olmayan "Pantsir-S”, S-400 "Triumf”, "Topol-M” və "Yars” zenit-raket sistemləri, "Katran” pilotsuz uçuş aparatları nümayiş olunub.
Paradın sonunda Rusiyanın müasir hərbi aviasiyası nümayiş olunub. Havaya hərbi vertolyotlar və qırıcı təyyarələr qalxıb. Bunların arasında "Mi 26”, "Mi 28″, "Alliqator”, "Mi 8” helikopterləri, "An 22” və dünyanın ən böyük hərbi yük təyyarəsi olan "Ruslan”, "MiQ 31”, "Su-24m”, Su-34, Su-25, Su-57, Su-35 "Tu- 35ms”, "Tu-95”, "Su- 27” və "MiQ 29” qırıcı və bombardmançı təyyarələri olub.
Parad bitəndən sonra Vladimir Putin, Benyamin Netanyahu və Aleksandr Vuçiç İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb, Naməlum Əsgərin məzarı önünə əklil qoyublar.

Xəbər 526 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR