Moskvada nəqliyyatda terrorun qarşısı alındı

Moskvada nəqliyyatda terrorun qarşısı alındı
  • DÜNYA

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskva vilayətində terror qruplaşmasının fəaliyyətinin qarşısını alıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, həmin qruplaşmanın İŞİD terror təşkilatına bağlı olduğu ehtimal edilir.
Federal Təhlükəsizlik Xidməti qeyd edib ki, bu qruplaşma Moskvada və onun ətrafında ictimai nəqliyyatda terror aktları törətməyi planlaşdırırmış.

Həyata keçirilən əməliyyatlar nəticəsində qruplaşmanın bütün üzvləri saxlanılıb. Bundan başqa, əməliyyat çərçivəsində silahlar və partlayıcı maddələr ələ keçirilib.
 
Aktual.az
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR