Moskva İrəvana “ağır” artilleriyasını göndərib - Ermənistanda yeni müharibə başlayır

Moskva İrəvana “ağır” artilleriyasını göndərib - Ermənistanda yeni müharibə başlayır

"Forbes”: Rusiyadakı erməni diasporu Ermənistana 3,4 milyard dollar göndərib

Rusiyada yaşayan erməni mənşəli milyarderlər Ermənistanda  aprel ayında keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün böyük pullar xərcləyirlər.

Erməni milyarderlər bununla ölkədə yaşayan əhalinin Ermənistan rəhbərliyindən narazılığının, həmçinin qərbdəki - ABŞ-da və Fransadakı erməni diaspora təşkilatlarının müxalifət qurumlarına dəstəyinin artmasının qarşısını almağa çalışırlar.

"Bu, erməni mənşəli Rusiya iş adamlarını rəsmi İrəvanın "alternativsiz müttəfiqinə” çevirir”,- deyə vurğulayan "Forbes” qeyd edib:

"Bu prosesləri anlamaq üçün diasporu iki şərti elitaya ayırmaq olar: erməni-Rusiya və qərbi erməni diasporları. 2010-cu ilin siyahıyaalmasına görə, Rusiyada 1,2 milyon etnik erməni yaşayır. Ancaq bir sıra ictimai təşkilatların (o cümlədən diaspora təşkilatlarının) yazdığına görə, Rusiyada 3 milyon erməni daimi yaşayır. Mərkəzi Bankın məlumatına görə, keçən il Rusiyadan Ermənistana göndərilmiş pul köçürmələrin həcmi 3,4 milyard dollar təşkil edib. Bu göstəriciyə görə, Rusiyadakı erməni diasporu bütün dünyanın erməni icmaları arasında ən güclüdür. Beləliklə, Rusiyadakı erməni diasporu Ermənistanın iqtisadi təhlükəsizliyinin qarantıdır”.

Ermənistandakı qərb yönümlü dairələr düşünür ki, Rusiyadakı erməni diasporunun bu fəaliyyəti son nətiəcədə Ermənistanı müstəqillikdən məhrum edə bilər. İrəvandan dərc olunan "Lragir” portalı yazır ki, Rusiyanın Ermənistanı növbəti dəfə işğal etmək niyətindədir və ölkəni buna hazırlamaq üçün öz emissarlarını göndərir. Belə emissarlardan biri kimi erməni mənşəli rusiyalı politoloq Sergey Kurqinyanın adı hallanır. Sergey Kurqinyan İrəvandakı Qribayedov klubunun növbəti iclasında çıxış edən zaman bildirib ki, Ermənistan üçün Rusiya imperiyasının bir hissəsi olmaq daha faydalıdır.

Portal bu barədə qeyd edib: "Rusiya ilə Ermənistanın münasibətlərində, belə görünür, nəsə vacib məqam başlayır və Moskva İrəvana "ağır” artilleriyasını - Kiselyovu, Solovyevi və Nikolay Patruşevi göndərib. Martın 14-də Serj Sarkisyanın Rusiyaya səfəri gözlənilir. Məlumatlı ekspertlərin dediyinə görə, Moskva İrəvana Gümrüdəki 102-ci Rusiya bazasının funksiyalarının regional səviyyədə  genişləndirilməsi ilə bağlı təklif edə bilər. Mümkündür ki, Rusiya "desantı” erməni cəmiyyətini bu nəticəyə hazırlayır”. /İstiPress/
 
Aktual.az
Xəbər 7867 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR