“Moody's”dan Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət proqnoz

“Moody's”dan Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət proqnoz

"Bu il Azərbaycanda iqtisadi inkişaf tempinin mənfi 1%, gələn il isə müsbət 1,8% olacağı gözlənilir”.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu "Moody's” reytinq agentliyinin MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin deyib.

P.Paklinin sözlərinə görə, Azərbaycan hökuməti sərt fiskal siyasəti yumşalda bilər: "Əgər neft 50 dollardan baha olarsa, hökumət sərt fiskal siyasəti yumşalda bilər. Bu da ÜDM-in artmasına kömək edəcək”.

"Moody's” analitiki hökumətin bank sektoruna da ciddi yardım göstərdiyini qeyd edib: "2015-2016-cı illərdə hökumət ÜDM-in 18%-i həcmində bank sektoruna yardım edib. Əsas yardım da Azərbaycan Beynəlxalq Bankına edilib”.
 
Aktual.az
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR