Monteneqro NATO-ya üzv seçilir

Monteneqro NATO-ya üzv seçilir
  • DÜNYA

Avropa ölkəsi Monteneqro NATO blokuna üzv ola bilər

"Ölkə.Az" xəbər verir ki, Monteneqronun NATO sıralarına daxil olması barədə protokolu alyansın 28 ölkəsindən 24-ü ratifikasiya edib.

NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, ölkənin alyansa daxil olmasının son tarixi barədə danışmaq hələ tezdir.

Yens deyib: "Monteneqronun NATO blokuna üzvlüyü barədə protokolu 24 ölkə ratifikasiya edib. Dünən mən Fransa prezidenti Fransua Ollandla əlaqə saxladım. O, mənə Fransa parlamentində ratifikasiya barədə məlumat verdi".

Sənədin ABŞ-ın yeni administrasiyası tərəfindən ratifikasiya məsələsi barədə suala baş katib belə cavab verib: "Bu ABŞ Senatının işidir. Amma Birləşmiş Ştatlarda sənədin ratifikasiya edilməsi məsələsində heç bir şübhə yoxdur".

Qeyd edək ki, 2009-cu ilin dekabr ayında NATO-nun sammitində Monteneqro alyansa üzvlük barədə fəaliyyət planı alıb. 2010-cu ildə başlayan danışıqlar 2016-cı ilin may ayında təşkilata üzvlüyü ehtiva edən protokolun imzalanması ilə başa çatıb. Alyansın bütün dövlətləri tərəfindən sənəd ratifikasiya edildikdən sonra Monteneqro kollektiv təhlükəsizlik barədə Vaşinqton sazişinin tamhüquqlu üzvü olacaq.
 
Aktual.az
Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR