Moldovanın paytaxtında fövqəladə vəziyyət elan olunub

Moldovanın paytaxtında fövqəladə vəziyyət elan olunub

Moldovanın paytaxtı Kişİnyovda güclü qar yağışı və külək ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub

"Report" "İnterfaks" istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbi ilə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.

Şəhərdə mindən çox ağacın qırılıb aşması, nəticədə təqribən 300 avtomobilin xəsarət alması faktı qeydə alınıb. Həmçinin elektrik xətləri, trolleybus xətləri qırılıb, dirəklər aşıb, şəhərdə ictimai nəqliyyatın hərəkəti iflic olub.

Havanın belə şıltaqlığı 120 illik meteomüşahidələr ərzində ilk dəfə qeydə alınıb.

Qeyd edək ki, oxşar hava şəraiti son günlərdə bütün Şərqi Avropa regionunda müşahidə edilir.
 
Aktual.az
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR