Moldova daxili işlər naziri Azərbaycana səfərə gələcək

Moldova daxili işlər naziri Azərbaycana səfərə gələcək

Moldova daxili işlər naziri Aleksandru Jizdan noyabrın 15-16-da Azərbaycana rəsmi səfərə gələcək

"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Moldova daxili işlər naziri Aleksandru Jizdan Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla keçirdiyi görüşdə bildirib. 
Nazir iki ölkə arasında hazırda mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərindən söz açaraq deyib ki, son 26 ildə ilk dəfə olaraq Moldovanın daxili işlər naziri Azərbaycana rəsmi səfər edəcək. A.Jizdan ölkəsinin təhlükəsizliyinin təmin olunması məsələsində Azərbaycan təcrübəsinin Moldova üçün maraq kəsb etdiyini də diqqətə çatdırıb. 
 
Aktual.az
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR