Moldova Azərbaycanla hərbi əməkdaşlıq edəcək

Moldova Azərbaycanla hərbi əməkdaşlıq edəcək

Moldova və Azərbaycan hərbi sahədə əməkdaşlığı genişləndirir.

Aktual.az "Report"a istinadən bildirir ki, Moldova parlamenti iki ölkə arasında ötən ilin aprel və iyun aylarında Kişinyov və Bakıda imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişləri ratifikasiya edib.
Sazişdə Moldova və Azərbaycan arasında hərbi-texniki fəaliyyət, müdafiə siyasəti, NATO proqramları çərçivəsində birgə təlimlərin keçirilməsi, hərbi planlaşdırma, sülhməramlı əməliyyatların təşkili ilə bağlı məsləhətləşmələr, humanitar yardımın göstərilməsi, hərbi sahədə sosial və mədəni tədbirlərin, eləcə də idman yarışlarının keçirilməsi və digər məsələlər öz əksini tapıb.
İki ölkə arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş 5 il müddətinə imzalanıb.
 
Aktual.az
Xəbər 624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR