Mobil operatorların gəlirləri azalıb

Mobil operatorların gəlirləri azalıb

2017-ci ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 676,2 mln. manatlıq xidmət göstərib ki, onun da 72,0%-i əhali tərəfindən istehlak olunub.
 
Aktual.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Xidmətlərdən əldə edilən gəlirin 48,3%-i və ya 326,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xatırladaq ki, aprel ayında rabitə xidmətlərindən əldə edilən gəlirin 48,3 faizi və ya 256,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı. Ötən ilin sonuna isə bu faiz nisbəti  51,2 faiz təşkil edirdi.
 
Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR