Mobil operatorların bu ilki gəlirləri açıqlandı - 400 milyon manatı ötür

Mobil operatorların bu ilki gəlirləri açıqlandı - 400 milyon manatı ötür

2018-ci ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 865,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,2 faizi əhali tərəfindən istehlak olunub.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.


Xidmətlərdən əldə edilən gəlirin 48,5 faizi və ya 419,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Aktual.az 
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR